Necə satmaq olar?

Məhsulunuzu LIMARTIS.AZ portalında satmaq üçün, sadə bir formanı dolduraraq qeydiyyatdan keçməlisiniz. 

Nəzərinizə çatdırırıq ki, (*) asterisk simvolu ilə nişanlanan xanalar mütləq doldurulmalıdırlar. Lazım olan bütün məlumatları əlavə etdikdən sonra, "Yadda Saxla" düyməsini basmanız kifayətdir.

Bundan sonra qeydiyyatdan keçmiş istifadəçi öz fotoşəklini və ya loqotipini yükləyə, məlumatlarını dəyişdirə, işlərini əlavə edərək öz şəxsi  qalereyasını  yaradır.

İşinizi əlavə etmək üçün, saytın yuxarı və aşağı hissəsində, həmçinin öz profilinizdə  yerləşən "İş əlavə et" düyməsinə klik etmək lazımdır.

"İş əlavə et" düyməsini basaraq siz növbəti səhifəyə yönləndiriləcəksiniz. Orada da müəyyən  sahələri doldurmalısınız. Daha sonra siz işinizin adını, məhsulun kateqoriyasını, qiymətini, işinizin qısa təsvirini, istifadə qaydasını və s. göstərməlisiniz.

- “İşinizin Adı” sahəsinə ilk  öncə  təklif etdiyiniz  məhsulun alıcıda ilkin təəssürat yarada bilməsi üçün düzgün təsviri, daha sonra hansı materialdan hazırlandığını və sonda adını qeyd edin.

- "İşin Kateqoriyası" - məhsulunuza ən çox uyğun gələn  kateqoriyalar  və alt kateqoriyalar seçin. Alıcıların sizin işinizi tapa bilib-bilməyəcəyi , sizin məhsulunuzu kataloqumuzda nə qədər dəqiq  yerləşdirdiyinizdən asılı olaraq dəyişir.

-"İşin təsviri"  sahəsi işin daha tam və  bədii təsvirinin qeyd olunması  üçündür. Burada məhsul haqqında əlavə məlumatlar təqdim edə, bu işin hazırlanmasında nələrdən ilham aldığınızı  yaza bilər, aksiya və ya endirimlərlə  bağlı məlumat yaza,  həmçinin  sizin digər işləriniz  haqda da qeyd edə bilərsiniz.

- "Materiallar" sahəsində işin hansı materiallardan hazırlandığını qeyd edin.

- "Ölçülər" sahəsində malların həcmini (zərurət olduqda) qeyd edin.

- Malların rəngini də  təyin edə biləsiniz.

- "İstifadə qaydası" sahəsi işə dair əlavə şərhlər üçün xidmət  göstərir - məsələn, məhsulun ölçüsünü, istifadəyə dair xüsusi göstərişləri, endirimlər və asksiyalar  barədə  yaza bilərsiniz.

- "Video" sahəsində işinizi əks etdirmək  üçün video link əlavə edə bilərsiniz.

- məhsulun Fotolarını  (birdən 5-ə qədər) yükləyin.

Yüklənmiş fotoşəkillər üçün tələblər:

   - Fayl formatı .jpg, .jpeg, .gif, .png.

   - Şəkilin eni ən azı 500px olmalıdır.

İcazə verilir:

   - Loqonunuzu / adınızı, soyadınızə  şəkilə yerləşdirmək.

   - Şəxsi logotipiniz.

İcazə verilmir:

   - hər növ  reklam;

   - digər saytlara keçidlər.

Sizin işiniz aşağıdakı hallarda ləğv edilə bilər:

  • Şəkillərin keyfiyyəti çox aşağı olarsa. Belə olan halda hazırlanan məhsulu görmək çətin olacaq.
  • Şəkillərin tərsinə çevrilmiş halda qoyulması.
  • Foto üzərində eyni zamanda bir neçə yazının olması. (logo, müəllifin soyadı, emalatxana adı və s.).
  • Yazı/logo şəkilin ortasında yerləşdirilib, məhsulun görünməsini məhdudlaşdırarsa.
  • Bir işin təsvirində digər işlərin şəkilləri yerləşdirilərsə.

"Yadda Saxla" düyməsini basın.

Təbrik edirik! İşiniz kataloqa əlavə edildi!